Zərifdən ABŞ-a çağırış: Normal dövlət ol

Zərifdən ABŞ-a çağırış: Normal dövlət ol
01:35 22-09-2018 | icon 46

ABŞ prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq üçün təhlükədir. 

milletinsesi.info xəbər verir ki, bunu özünün “Twitter” səhifəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb. 

O, ABŞ normal dövlət olmağa çağırıb. 

“Doğrudan da bölgəmizə, beynəlxalq sülh və təhlükəsizliyə təhdid var.  Bu təhdid Tramp administrasiyasıdır, hansı ki, dünyadakı vəziyyəti gərginləşdirir”, - deyə o vurğulayıb.