NATO Rusiyanın Qara dənizdə güclənməsindən narahatdır

NATO Rusiyanın Qara dənizdə güclənməsindən narahatdır
00:25 22-09-2018 | icon 35

NATO Rusiyanın Qara dənizdə hərbi mövcudluğunun güclənməsindən narahatdır. 

milletinsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Rouz Qettemüller Gürcüstan xarici işlər nazirinin müavini David Dondua ilə birgə brifinqdə bəyan edib. 

O qeyd edib ki, Qara dəniz bölgəsinin təhlükəsizliyi NATO üçün prioritetdir.

Qettemüller bildirib ki, alyans Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanı bu ölkədən qoşunlarını çıxarmağa çağırır. 

Baş katibin müavini həmçinin Gürcüstanın alyansa qəbula hazırlıq prosesində uğurlarını qeyd edib.