Maduro Nüsrətin restoranında yemək yedi və xalqını qəzəbləndirdi - VİDEO

Maduro Nüsrətin restoranında yemək yedi və xalqını qəzəbləndirdi - VİDEO
11:10 19-09-2018 | icon 77

Venesuela prezidenti Nikolas Maduro türkiyəli aşpaz Nüsrət Gökçenin restoranına gəlib. Bundan sonra internet istifadəçiləri onu bədxərclikdə ittiham ediblər. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, venesuelalı lider həyat yoldaşı ilə birlikdə “Nurt-Et” restoranına baş çəkmək üçün Türkiyəyə gəlib. Orada prezident və xanımı dəyəri 100 dollar olan yemək sifariş ediblər və üzərində “Salt Bae” yazılı futbol köynəyi hədiyyə qazanıblar. 

Bundan başqa, Gökçə Maduroya fərdi qutuda siqar verib. 

Videogörüntüdə prezidentin “Bu, həyatda bir dəfə olur” fikrini deməsi aydın eşidilir. 

Venesuela sakinləri ölkənin böhran vəziyyətində olmasına baxmayaraq, prezidentin əylənməsini tənqid ediblər. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar