Yevgeni Satanovski: Heydər Əliyev SSRİ-nin dağılmasına imkan verməzdi

Yevgeni Satanovski: Heydər Əliyev SSRİ-nin dağılmasına imkan verməzdi
10:15 19-09-2018 | icon 42

“Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyev ilə axşam” verilişinin növbəti mövzusu keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun memuarları, eləcə də, onun apardığı siyasətin Sovet İttifaqının dağılmasındakı rolu olub. 

Spikerlərin fikirləri bu məsələdə fərqli olub. Bəziləri onun tərəfini saxlasa da, digərləri sabiq SSRİ prezidentinə qarşı çıxıb. 

Eyni zamanda, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski rəqiblərinin Mixail Qorbaçovu müdafiə etmək üçün onun ağır həyat tərzi keçdiyini deməsinə kəskin reaksiya verib:

“O, ABŞ ümumdaxili məhsulunun yarsına sahib olan ölkəni qəbul etdi. O, Brejnevin dövründə durğunluq vəziyyətini dəf edən ölkəni qəbul etdi. O, böyük bir resursu qəbul etdi. Əgər Nazarbayev olsaydı, ittifaq heç bir halda dağılmazdı. Əgər Əliyev olsaydı, o da bunun dağılmasına imkan verməzdi. Şevarnadze olsaydı, bax, onda dağılardı”.

Aparıcı Satanovskinin fikirləri ilə razılaşıb və Qorbaçovun Heydər Əliyev və digər rəqiblərindən necə intiqam aldığını xatırladıb. 

“Yeri gəlmişkən, Mixail Sergeyeviçin siyasi rəqiblərindən necə intiqam aldığını bilirik”, - o deyib. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar