“Qalatasaray” “Lokomotiv”i darmadağın etdi

“Qalatasaray” “Lokomotiv”i darmadağın etdi
01:15 19-09-2018 | icon 158

“Qalatasaray” klubu UEFA Çempionlar Liqasında Moskva “Lokomotiv”i ilə qarşılaşıb.

milletinsesi.info xəbər verir ki, İstanbulda keçirilən oyunda meydan sahibləri qonaq komandanın qapısına 3 qol vurublar. 

Matçın 9-cu dəqiqəsində hesabı Qarri Rodriqes açıb. Eren Derdiyok 67-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb, Səlcuk İnan isə oyunun sonunda penaltidən “Qalatasaray”ın üçüncü qolunu vurub.