Xəzərdə bir nəfər batıb - YENİLƏNİB

Xəzərdə bir nəfər batıb - YENİLƏNİB
11:01 17-09-2018 | icon 35

 

Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun axtarışları başa çatıb.

FHN-dən milletinsesi.info-a verilən məlumata görə, N.Bağırzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

 

20:04

Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) bir nəfər dənizdə batıb.

Bu barədə milletinsesi.info-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.