Kreml Putin - Ərdoğan danışıqlarının mövzusunu açıqladı

Kreml Putin - Ərdoğan danışıqlarının mövzusunu açıqladı
17:35 16-09-2018 | icon 35

Kremlin mətbuat xidməti bildirib ki, bazar ertəsi, sentyabrın 17-də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin ikitərəfli münasibətlərə aid məsələləri və digər dünya problemlərini müzakirə edəcəklər.

milletinsesi.info xəbər verir ki, Ərdoğan Rusiyaya işguzar səfər edəcək.

Kremlin məlumatında həmçinin bildirilir ki, tərəflər Suriya nizamlanmasını da nəzərdən keçirəcəklər.

Daha öncə Türkiyə XİN də ölkə liderlərinin danışıqlar mövzusu barədə bəyanat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə tərəfi İdlibdə vəziyyətin pisləşməsini müşahidə edir. O qeyd edib ki, rəsmi Ankara bu məsələni Rusiya ilə sıx əməkdaşlıq şəraitində həll etmək niyyətindədir.