Filippində qasırğa toyu yarımçıq kəsdi - VİDEO

Filippində qasırğa toyu yarımçıq kəsdi - VİDEO
14:10 16-09-2018 | icon 26

Filippində “Manqxut” qasırğası yerli sakinlərin toy mərasimini yarımçıq kəsib.

milletinsesi.info xəbər verir ki, mərasim zamanı salona qaranlıq çöküb, qonaqlar arasında panika yaranıb. 

Bəy bildirib ki, hər şey anidən baş verib. Onun sözlərinə görə, güclü külək başlayıb və damın üzərinə nə isə düşüb.

Hadisə zamanı heç kim xəsarət almayıb. Lakin gəlin hələ də şok vəziyyətindədir.

Ümumilikdə isə qasırğa 25 nəfərin həyatına son qoyub.