“Twitter”də ekstremistlər qeydiyyatdan dərhal sonra ifşa olunacaqlar

“Twitter”də ekstremistlər qeydiyyatdan dərhal sonra ifşa olunacaqlar
13:40 16-09-2018 | icon 29

Masaçusets universitetinin bir qrup alimi “Twitter”də ekstremist materiallar yayımlayan istifadəçilərin müəyyən edilməsi üçün yeni alqoritm təqdim edib. 

milletinsesi.info xəbər verir ki, tədqiqatın özəlliyi belə istifadəçiləri onlar hələ heç bir məlumat paylaşmamış müəyyən etməyə imkan yaratmasıdır.

Alimlərin sözlərinə əsasən, bütün nəzərdən keçirilmiş hesabların oxşar davranış alqoritmləri üzə çıxıb. Onların qeydiyyat məlumatları bir-birinə bənzəyir, onlar bənzər qruplarla əlaqə qururlar.