Azərbaycanın qadın karateçisi finala çıxdı

Azərbaycanın qadın karateçisi finala çıxdı
13:10 16-09-2018 | icon 62

Azərbaycan karateçiləri Berlində Karate1 Premyer Liqasının ikinci yarış günü daha bir final görüşü imkanı əldə ediblər.

milletinsesi.info xəbər verir ki, İrina Zaretskaya (68 kq) dörd rəqibinə qalib gələrək Premyer Liqanın finalçısı olub. Bazar günü qızıl medal uğrunda həlledici görüşdə ukraynalı idmançımızın rəqibi Eda Eltemur (Türkiyə) olacaq. 

Beş görüşdən dördünü qələbə ilə başa vuran Şahin Atamov (+84 kq) isə bürünc medal qazanmaq üçün tatamiyə çıxacaq. Tanınmış idmançının rəqibi Yonatan Horne (Almaniya) olacaq. 

Nüfuzlu turnirin son günü – bu gün növbəti finalçı Rafael Ağayev (75 kq) və bürünc medal görüşünə çıxan Firdovsi Fərzəliyevin (60 kq) də nəticəsi məlum olacaq. R.Ağayevi Yusey Sakiyama (Yaponiya) ilə, F.Fərzəliyevi isə Qeysər Alpisbay (Qazaxıstan) ilə gərgin görüş gözləyir. 

Qeyd edək ki, Premyer Liqada 72 ölkədən 763 idmançı iştirak edir. 

Səbuhi MUSAYEV