Azərbaycanlı Rusiya polisindən qaçdı

Azərbaycanlı Rusiya polisindən qaçdı
11:30 16-09-2018 | icon 26

Rusiyanın hüquq mühafizə orqanları Çuvaşiya respublikasında polislərin nəzarətindən qaçan Azərbaycan vətəndaşını axtarır.

milletinsesi.info Rusiya mətbuatına istinadla xəbər verir ki, məlumatı Rusiyanın hüquq mühafizə orqanları yayıb.

Məlumata əsasən, sentyabrın 14-də axşam saatlarında Elnur adlı 37 yaşlı Azərbaycan vətəndaşı Çuvaşiyanın Kuqesi şəhərində ictimai nəqliyyat dayanacağında mühafizəçilərdən yayınaraq qaçıb. 

Polis əməkdaşlarının ehtimallarına görə, azərbaycanlı həyat yoldaşının yaşadığı Moskvaya yollanıb. Onun axtarışları intensiv surətdə davam etdirilir.