Mübarəkin övladları həbs edildi

Mübarəkin övladları həbs edildi
02:05 16-09-2018 | icon 39

Məhkəmə qərarı ilə Misir polisi ölkənin sabiq prezidenti Hüsni Mübarəkin iki oğlunu həbs edib.

milletinsesi.info xəbər verir ki, onlar və daha üç nəfər qiymətli kağızların qeyri-qanuni alış-verişində ittiham olunurlar.

Məhkəmə dinləmələri oktyabrın 20-nə təyin edilib. 

Ehtimal edilir ki, həbs sabiq prezidentin kiçik oğlu Qamal Mübarəkin siyasi ambisiyaları ilə əlaqəlidir.