NYT: Tramp Pentaqonun başçısını dəyişmək niyyətindədir

NYT: Tramp Pentaqonun başçısını dəyişmək niyyətindədir
21:55 15-09-2018 | icon 18

ABŞ prezidenti Donald Tramp Pentaqonun başçısı Ceyms Mettisdən narazıdır.

milletinsesi.info xəbər verir ki, bu barədə “The New York Times” anonim mənbələrə istinadən yazıb.

Trampın hərbi müşavirlər, o cümlədən Pentaqon rəhbəri ilə artıq nadir hallarda görüşdüyü bildirilir. Buna səbəb isə dövlət başçısının “özünü ali baş komandan hiss etməsidir”.

Qəzet həmçinin qeyd edir ki, Amerikanın respublikaçı prezidenti Mettisin qəlbinin dərinliyində demokrat olmasından ehtiyatlanır.