Neftçalada evlərdən oğurluq edən şəxslər saxlanılıb

Neftçalada evlərdən oğurluq edən şəxslər saxlanılıb
11:01 17-09-2018 | icon 49

 

Avqustun 12-də Neftçalada evlərin birinin həyətindən iki baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar. 

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R.Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl, 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq RPŞ-yə gətirilib.

Müəyyən edilib ki, bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb.