Anaların görüşü baş tutacaq: “Məktəblilərin psixoloji diaqnostikası” mövzusunda

Anaların görüşü baş tutacaq: “Məktəblilərin psixoloji diaqnostikası” mövzusunda
13:57 15-09-2018 | icon 32

 

Sentyabrın 22-də psixoloq Günel Əliyevanın “Məktəblilərin psixoloji diaqnostikası” adlı görüşü baş tutacaq.

Səhər yeməyinə 5-10 yaş arası uşaqları olan analar dəvət olunurlar. 

Müxtəlif psixoloji pozuntuların, şəxsiyyətin inkişafı, özünü kəşf kimi diaqnostik art terapiyanın çoxlu metodları mövcuddur. Bu metodikaların içərisində mandallar xüsusi yer tutur.

Görüşdə uşaqlara onlar tərəfindən seçilmiş mandalı rəngli karandaşlarla rəngləməyi təklif edəcəyik. Bununla onların potensiallarını, zəif və güclü tərəflərini aşkar etmiş olacağıq. 

Qeydiyyat üçün əlaqə nömrəsi: 050 365 45 71