Ərdoğan Paşinyana zəng etdi – VİDEO

Ərdoğan Paşinyana zəng etdi – VİDEO
11:45 15-09-2018 | icon 29

Türkiyənin Qars bölgəsində heyvan otararkən sərhədi pozaraq, Ermənistan tərəfə keçən və 45 gündür, bu ölkədə həbsdə qalan Umut Ali Özmənə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.

milletinsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğan telefon danışığında Umut Alinin ekstradisiyasını istəyib. 

Paşinyan Ərdoğanın istəyinə müsbət cavab verib. Umut Ali sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil veriləcək.