Ərdoğan Azərbaycana yola düşdü - FOTO

Ərdoğan Azərbaycana yola düşdü - FOTO
10:50 15-09-2018 | icon 32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. 

milletinsesi.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın olduğu “CAN” xüsusi təyyarəsi yerli vaxtla 09:10-da Bakıya doğru havaya qalxıb. 

Türkiyə prezidentini Atatürk hava limanında prezidentin köməkçisi Fuat Oktay, İstanbul valisi Vasip Şahin və başqaları yola salıb. 

Ərdoğanla yanaşı, Türkiyənin müdafiə naziri Hulusi Akar da Bakıya gəlir.