“Florens” qasırğası beş nəfərin həyatına son qoydu

“Florens” qasırğası beş nəfərin həyatına son qoydu
10:40 15-09-2018 | icon 33

ABŞ-ın Şimali Karolina ştatında “Florens” qasırğası nəticəsində aralarında ana və körpəsi də olan beş nəfər ölüb. 

milletinsesi.info TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı “The New York Times” məlumat yayıb. 

Ştat rəhbərliyinin son məlumatına görə, 600 mindən çox istifadəçi elektrik enerjisindən məhrum olub. ABŞ-ın şərq sahillərində mindən çox aviareys təxirə salınıb. 

Dünən ABŞ fövqəladə hallar agentliyinin sədri Ceff Bayard bəyan edib ki, yaxın 24-36 saat ərzində Şimali və Cənubi Karolina ştatlarında qasırğa təhlükəsi davam edəcək. 

Agentlik nümayəndəsi yerli sakinlərə evlərindən çıxmamağı tövsiyə edib.