Çempionlar Liqası yenidən “İdman Azərbaycan”da

Çempionlar Liqası yenidən “İdman Azərbaycan”da
09:20 15-09-2018 | icon 33

“CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalayıb.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə “CBC Sport”un yaydığı bəyanatda deyilir.

Memorandumun müddəalarına əsasən UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürüləcək.

Səbuhi MUSAYEV