Meksikada buz dolabında kəsilmiş 7 insan başı aşkarlandı

Meksikada buz dolabında kəsilmiş 7 insan başı aşkarlandı
00:35 15-09-2018 | icon 33

Meksikada daşınan buz dolabında kəsilmiş yeddi insan başı tapılıb. 

milletinsesi.info “RİA Novosti”yə xəbər verir ki, qətlə yetirilən kişilərin 25-40 yaş arasında olduqları ehtimal edilir. 

Buz dolabında həmçinin bir qol və ayaq aşkarlanıb.

Hadisə ölkənin şimal-qərbində yerləşən Bakum şəhərində baş verib. Son 20 ay ərzində burada 150 nəfər qətlə yetirilib. Onların narkotik qaçalmalçılığında iştirak etdiyi güman olunur.