Bakıda avtobus piyadanı vurub öldürdü - FOTO

Bakıda avtobus piyadanı vurub öldürdü - FOTO
23:55 14-09-2018 | icon 43

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

milletinsesi.info-ın xəbərinə görə, hadisə Hövsan qəsəbəsində olub. 

132 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 60-65 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır. 

Etibar MƏMMƏDOV