NATO-dan Gürcüstana vacib mesaj

NATO-dan Gürcüstana vacib mesaj
23:15 14-09-2018 | icon 42

NATO Gürcüstana alyansa qəbul üçün lazım olan islahatların keçirilməsində dəstəyini davam etdirəcək. 

milletinsesi.info xəbər verir ki, bunu Vaşinqtonda NATO baş katibi Yens Stoltenberq deyib: 

“Gürcüstan tərəqqi əldə edir, bunu alqışlayırıq. Biz Gürcüstanı avroatlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük məsələsində dəstəkləməyə davam edəcəyik”.

Baş katib qeyd edib ki, Gürcüstan NATO, NATO isə Gürcüstan üçün vacibdir.