Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb

Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb
22:40 14-09-2018 | icon 35

Türkiyə kəşfiyyatı Suriyanın Afrin şəhərində xüsusi əməliyyat keçirib. 

milletinsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 YPG/PKK terrorçusu saxlanılıb. 

Həmin şəxslər “Zeytun budağı” əməliyyatında iştirak edən iki türk əsgərinin ölümündə şübhəli bilinirlər.

Saxlanılan terrorçular Türkiyənin Hatay bölgəsinin jandarma komandanlığına təhvil verilib.