Dövlət başçısı jurnalistləri təltif etdi

Dövlət başçısı jurnalistləri təltif etdi
14:01 15-09-2018 | icon 39

 

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

milletinsesi.info xəbər verir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilib:

Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu
.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzeti əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib. Bunlar Cəfərov Rəşad İslam oğlu, İmanquliyev Bahadır Bəkir oğlu, Mütəllibov Rüstəm Kamal oğluVəliyev Elçin Vaqif oğludur.