Rusiyalı Azərbaycana bir milyon manatlıq taxta gətirmək istədi

Rusiyalı Azərbaycana bir milyon manatlıq taxta gətirmək istədi
16:30 14-09-2018 | icon 19

Rusiyanın Tomsk bölgəsinin hüquq-mühafizə orqanlarında qaçaqmalçılıqda şübhəli bilinən yerli iş adamına qarşı cinayət işi başlanılıb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Həmin iş adamı saxta sənədlərlə Azərbaycan və Özbəkistana 10 min kubmetr həcmində taxta-şalban göndərmək istəyib. Qaçaqmalın ümumi dəyərinin 40 milyon rubl (təxminən bir milyon manat) olduğu bildirilib. 

Faktla bağlı araşdırmalar başlanılıb. Əməli sübuta yetirilərsə, həmin şəxsi yeddi ilədək həbs cəzası gözləyir.