Kürdəmir sakini arvadını güllələyib

Kürdəmir sakini arvadını güllələyib
16:43 14-09-2018 | icon 30

 

Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini saxlanılıb.

milletinsesi.info-ın məlumatına görə, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva qırma yaraları ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.