İlham Əliyev TOTAL-ın baş icraçı direktorunu qəbul edib

İlham Əliyev TOTAL-ın baş icraçı direktorunu qəbul edib
15:35 14-09-2018 | icon 19

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

milletinsesi.info xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edilib.