Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə ölüb - FOTO

Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə ölüb - FOTO
16:06 14-09-2018 | icon 23

 

Türkiyədə 24 yaşlı azərbaycanlı Rauf Seyidov faciəvi şəkildə ölüb. 

milletinsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Bursanın Nilufər rayonunun Tahtalı məhəlləsində baş verib. 

Seyidovun idarə etdiyi traktor kanala aşıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib. 

R.Seyidov qəza yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Foto: Report