Ölkəyə kərə yağı idxalı azalıb

Ölkəyə kərə yağı idxalı azalıb
13:50 14-09-2018 | icon 21

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 874 mln. 144,66 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 

milletinsesi.info xəbər verir ki, yeyinti məhsulları idxalın 12.74 faizini təşkil edib. 

Hesabat dövründə Azərbaycan 43 mln. 660,67 min dollar dəyərində 30,186 min ton ət, 130 mln. 955,79 min dollar dəyərində 730,99 min ton buğda, 7 mln. 400 min dollar dəyərində 5260 ton süd, 103 mln. 134,72 min dollar dəyərində 187,206 min ton meyvə-tərəvəz məhsulları, 96 mln. 115,25 min dollar dəyərində 103,821 min ton bitki və heyvan mənşəli yağ, 47 mln. 69,05 min dollar dəyərində 8 min 18,24 ton kərə yağı, 54  mln. 476.66 min dollar dəyərində 148 min 851.66 ton şəkər idxal edib. 

Qeyd edək ki, ölkəyə ət idxalı 6,8, buğda idxalı 20,2, süd idxalı 2, meyvə-tərəvəz idxalı 1,5 faiz artıb. Əvəzində kərə yağı idxalı 22,1 faiz azalıb. 

Hesabat dövründə ölkəyə 178 mln. 988,82 min dollar dəyərində 9 min 426,21 ton əczaçılıq məhsulları gətirilib. Bu məhsulların idxalı miqdar ifadəsində 31,7 faiz, dəyər ifadəsində 45 faiz artıb.