Ərdoğan Putinlə görüşəcək

Ərdoğan Putinlə görüşəcək
13:20 14-09-2018 | icon 23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 17-də Soçidə görüşəcək. 

milletinsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, liderlər Suriya məsələsini müzakirə edəcəklər. 

“Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır. Suriya böhranının siyasi yolla həllini istəyirik”, - Çavuşoğlu deyib. 

Xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə sentyabrın 7-də Tehranda görüşmüşdü.