Azərbaycan axtarışda olan Türkiyə vətəndaşını ölkəsinə göndərdi

Azərbaycan axtarışda olan Türkiyə vətəndaşını ölkəsinə göndərdi
12:40 14-09-2018 | icon 84

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Omak Kaner Ergünün ölkəsinə ekstradisiya olunması ilə bağlı verilən vəsatətə baxılıb.

milletinsesi.info-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisya edilib. 

Qeyd edək ki, O.K.Ergün hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir. Həmin şəxs Türkiyə tərəfindən beynəlxalq axtarışa verilib və Azərbaycanda həbs olunub. 

Etibar Məmmədov