Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub
12:10 14-09-2018 | icon 35

Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.

Nazirlikdən milletinsesi.info-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.