Ronaldu jurnalisti yamsıladı – VİDEO

Ronaldu jurnalisti yamsıladı – VİDEO
11:50 14-09-2018 | icon 21

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu maraqlı görüntü ilə diqqət mərkəzinə düşüb.

milletinsesi.info xəbər verir ki, portuqaliyalı ulduz “Yuventus”un məşqlərindən birində Turin klubunun TV əməkdaşı “stand up” edərkən onu yamsılayıb.

Sonra 33 yaşlı futbolçuya digər komanda yoldaşları da qoşulub.

Qeyd edək ki, Kriştianu Ronaldu İtaliya çempionatında üç turdan sonra qol hesabını aça bilməyib. O, hələlik qol ötürməsi ilə kifayətlənib.

Səbuhi MUSAYEV