Roza Zərgərli “Lider”dən getdi - VİDEO

Roza Zərgərli “Lider”dən getdi - VİDEO
10:45 14-09-2018 | icon 32

Müğənni Roza Zərgərli “Lider” TV-dən ayrılıb.

milletinsesi.info xəbər verir ki, “Bakı vaxtı ilə” verilişinin aparıcısı olan sənətçinin proqramı bundan sonra ATV-də yayımlanacaq.

“Bakı vaxtı ilə”nin anonsu kanalın rəsmi “Youtube” səhifəsində paylaşılıb. Proqram sentyabr ayından etibarən start götürəcək.

Qeyd edək ki, sözügedən veriliş bundan əvvəl İTV-də də yayımlanıb.

Pərviz Hüseyn