Avropa çempionatının ilk günündə dörd medal qazandıq – FOTO

Avropa çempionatının ilk günündə dörd medal qazandıq – FOTO
10:25 14-09-2018 | icon 25

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə gənclərin Avropa birinciliyi keçirilir. 

milletinsesi.info xəbər verir ki, mötəbər yarışın ilk günündə cüdoçularımız dörd medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan cüdoçusu Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub. 

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Səbuhi MUSAYEV