ABŞ müsəlman uyğurları qoruyacaq

ABŞ müsəlman uyğurları qoruyacaq
10:20 14-09-2018 | icon 19

ABŞ müsəlman uyğurların yaşadığı Sintsizyan-Uyğur avtonom respublikasındakı vəziyyət səbəbindən Çinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxır. 

milletinsesi.info “Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı dövlət katibi Mayk Pompeonun köməkçisi məlumat verib. 

Onun sözlərinə görə, Vaşinqton bu bölgədəki vəziyyəti izləyir və tədbirlər görməyə hazırdır. 

Bundan öncə, sanksiyalarla bağlı “The New York Times” məlumat yayıb. Bildirilib ki, uyğurları siyasi düşərgələrə göndərən yüksək vəzifəli məmurlar sanksiyalara məruz qalacaq.

Qəzet yazır ki, Ağ Evdə sanksiyalarla bağlı müzakirələr bir neçə aydır davam edir.