Naməlum şəxs 24 dəfə onlayn kazinoda cekpotu udub, aradan çıxdı

Naməlum şəxs 24 dəfə onlayn kazinoda cekpotu udub, aradan çıxdı
09:45 14-09-2018 | icon 18

“Runningsnail” ləqəbi altında gizlənən haker “DEOSGames” onlayn kazinosuna daxil olaraq, 24 dəfə cekpotu udub. Uduşu qazandıqdan sonra kibercinayətkar platformanı tərk edib. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “DEOSGames”in rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib. 

Məlumatlara görə, haker hücumdan bir gün əvvəl akkaunt əldə edib. Hücum zamanı o, 24 min dollar pul udub. 

“DEOSGames” bu hücumu “faydalı dərs” adlandırıb.