Abbas Trampa sərt şərtlər irəli sürdü

Abbas Trampa sərt şərtlər irəli sürdü
01:15 14-09-2018 | icon 37

Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüş üçün üç şərt irəli sürüb. 

milletinsesi.info Donia Al-Watan nəşrinə istinadən xəbər verir ki, Fələstin Milli Şurasının üzvü Valid Avadın sözlərinə görə, Abbas ABŞ qarşısında Qüdsdəki səfirliyi bağlamaq, “Əsrin anlaşması” mövzusunu qapatmaq və Fələstin-İsrail danışıqlarına cavabdeh nümayəndələri dəyişmək kimi tələblər irəli sürüb. 

V. Avad bildirib ki, ABŞ Fələstinə BMT Baş Assambleyası kuluarlarında Tramp-Abbas görüşünün təşkili ilə bağlı müraciət edib.