Rusiya XİN-dən Xəzər statusu ilə bağlı gözlənilməz proqnoz

Rusiya XİN-dən Xəzər statusu ilə bağlı gözlənilməz proqnoz
00:45 14-09-2018 | icon 33

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov ümidvar olduğunu bildirib ki, Xəzər dənizinin statusuna dair konvensiyanın ratifikasiyası prosesi uzanmayacaq. 

milletinsesi.info xəbər verir ki, bu barədə diplomat “Kommersant” qəzetinə müsahibəsində deyib:

“Fikrimcə, süni şəkildə heç kim ratifikasiya prosesini uzatmayacaq. Konvensiya bütün sahilyanı ölkələrin maraqlarını nəzərə alır. Lakin ayrı-ayrı ölkələrdə seçkilər ratifikasiya prosesinə təsir göstərə bilər”. 

Diplomat ilk növbədə İranı nəzərdə tutduğunu desə də, digər Xəzəryanı dövlətlərdə də yaxın illərdə seçkilərin keçiriləcəyini bildirib.