Qəzəbli kişi keçmiş müdirinin maşınını partlatdı

00:05 14-09-2018
|
375

Rusiyada kişi keçmiş müdirinin avtomobilini partladıb.
milletinsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Orlov şəhərində baş verib.
Küçədə keçmiş müdiri ilə mübahisə edən şəxs RQD-5 qumbarasını onun avtomobilinə atıb. Nəticədə avtomobil partlayıb.
Hadisəni törədən şəxs qaçıb qohumunun evində gizlənməyə çalışsa da, polis onu yaxalaya bilib.
Faktla bağlı cinayət işi qaldırılıb.