ABŞ Azərbaycandan Avropaya qaz kəmərinin inşasını dəstəklədi

ABŞ Azərbaycandan Avropaya qaz kəmərinin inşasını dəstəklədi
21:55 13-09-2018 | icon 39

ABŞ Azərbaycanın “Şahdəniz” yatağından qazın nəql olunacağı boru kəmərinin inşası layihəsini dəstəkləyir. 

milletinsesi.info xəbər verir ki, bunu brifinqdə ABŞ energetika naziri Rik Perri bəyan edib: 

“Biz rəqabətin tərəfdarıyıq. Mən təsdiq edirəm ki, biz Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli ilə bağlı boru kəmərini də dəstəkləyirik”.

O həmçinin avropalıların Rusiyanın “Qazprom” şirkətinin tikdiyi “Şimal axın-2” boru kəmərinə tam loyallığına inanmadığını bildirib. 

“Avropalıların enerji daşıyıcılarının rəqabət əsaslı tədarükünün tərəfdarı olduqlarına dair çox fikirlər eşitmişəm”, - deyə o vurğulayıb.