Suriya ordusu İdlibdə hücuma keçdi

Suriya ordusu İdlibdə hücuma keçdi
19:10 13-09-2018 | icon 18

Suriya ordusu İdlib və Həma əyalətlərində genişmiqyaslı hücuma başlayıb. 

milletinsesi.info Al-Masdar News nəşrinə istinadən xəbər verir ki, Suriya ordusu Həmadakı Masasne kəndi yaxınlığında silahlıların mövqelərinə hücum edib. 

Bildirilir ki, hökumət qüvvələri “Ceyş əl-İzza” müxalif qruplaşmasının xeyli döyşçüsünü məhv edib. 

Əsəd qüvvələri həmçinin “Həyat Təhrir aş-Şam” qruplaşmasının mövqelərinə zərbələr endirib və nəticədə Abu-ed-Duhur hərbi aerodrumu istiqamətində irəliləyə bilib. 

Rusiyalı hərbçilər hücumda iştirak etməyiblər.