Tramp: Artıq Amerikanı qüdrətli ölkə etmişəm

Tramp: Artıq Amerikanı qüdrətli ölkə etmişəm
00:35 18-08-2018 | icon 81

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, artıq seçkiqabağı kampaniyasının şüarını həyata keçirib və dövlət başçısı vəzifəsini icra etdiyi müddətdə Amerikaya qüdrət qazandırıb.

milletinsesi.info xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

Uğurlarının sübutu olaraq Tramp işsizliyin azalmasını və ABŞ silahlı qüvvələrinin güclənməsini göstərib.

Respublikaçı prezidentin bu bəyanatı demokratlar partiyasını təmsil edən siyasi rəqiblərindən birinin – Nyu-York ştatının qubernatoru Endryu Kuomonun ittihamlarına cavab olaraq səslənib. Qubernator bildirib ki, ABŞ-ı qüdrətli ölkə hesab etmir.

“Daha sözüm yoxdur!.. Mən artıq Amerikanı yenidən qüdrətli dövlət etmişəm!”, - Tramp yazıb.