Yığmamız Avropa çempionatında sonuncu oyununu keçirdi

Yığmamız Avropa çempionatında sonuncu oyununu keçirdi
23:55 16-08-2018 | icon 64

Bu gün minifutbol üzrə Avropa çempionatında millimiz qrupda sonuncu matçını keçirib.

milletinsesi.info-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, öncədən növbəti mərhələyə çıxmayacağı dəqiqləşmiş yığmamız Serbiya ilə görüşüb və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnirdə debüt edən yığmamız bundan əvvəl Macarıstana 0:1, Çexiyaya 1:2 məğlub olub, Türkiyə millisinə 6:2 hesabı ilə qalib gəlib.

Səbuhi MUSAYEV