“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” - FOTO/VİDEO

“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” - FOTO/VİDEO
16:06 15-08-2018 | icon 32

“Gənclik Mall” TM-də yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı myuziklın eksluziv nümayişi keçirilib.  

milletinsesi.info xəbər verir ki, tədbirdə qonaqlar arasında iştirak edən məşhur səs rejissoru Azad Vəliyev filmə baxdıqdan sonra ekran işi haqda fikirlərini söyləyib: 

“Dolby Atmos formatında “Mamma Mia! 2” myuzikl filmi, əlbəttə ki, tamaşaçılara əsl hədiyyədir və filmi izləyən hər kəs həzz alacaq. Film onunla maraqlıdır ki, filmdəki musiqi tərcümə və dublyaj olunmayıb.

Musiqi orijinal olaraq səslənir, hansı ki, səsin keyfiyyətindən və filmin rejissoru göstərmək istədiyi hər şeydən həzz almaq imkanı verir. Mənə, səs rejissoru olaraq ingilis dilində mahnı yollarından sonra rus dublyajına keçidi izləmək çox maraqlı idi.

Ona görə kinoda səs və texniki hissə ilə maraqlanan adamlara da gəlib, qulaq asıb, izləmək və filmə Dolby Atmos formatında baxmaq çox maraqlı olacaq”. 

“Mamma Mia! 2” - amerikalı rejissor Oliver Parkerin əfsanəvi “Mamma Mia!” myuziklının kinoadaptasiyasının ikinci hissəsidir.  

Ekran işində Kristin Baranski, Lili Ceyms, Amanda Sayfred, Dominik Kuper, Pirs Brosnan, Endi Qarsiya, Culi Volters, Kolin Fert, Stellan Skarsqard, həmçinin Şer və Meril Stri rol alıb. 

Bundan başqa filmin prodüseri rolunda ABBA qrupunun iştirakçıları, filmə öz mahnı və musiqilərini hədiyyə edən Benni Andersson Byern Ulveus çıxış ediblər.  

Film haqqında qısa məlumat: Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kimi rəqs etmək və bir könüldən min könülə aşiq olmaq – bundan yaxşı nə ola bilər? Nəinki yay, hətta bütün həyat üçün möhtəşəm plandır!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.