Debütantdan qələbə

Debütantdan qələbə
23:55 12-08-2018 | icon 43

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turu başa çatıb.

milletinsesi.info xəbər verir ki, "Qarabağ" – "Zirə" matçının təxirə salındığı I turda üç görüş keçirilib.

Dünən "Neftçi" "Sumqayıt" üzərində 2:0 qələbə qazanıb. Bu gün isə "Qəbələ" "Səbail"i 3:0, debütant "Sabah" isə "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun görüşləri 18-19 avqustda baş tutacaq.

Səbuhi MUSAYEV