Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlayır

Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlayır
23:30 12-08-2018 | icon 32

Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlamaq üçün hazırlıqların son mərhələsindədir. 

milletinsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

O qeyd edib ki, “Zeytun budağı”, “Tel-Rifat” hərbi əməliyyatları sayəsində Suriyanın müvafiq regionlarında stabillik bərqərar edilib:

“Allahın köməyi ilə digər bölgələri terrorçulardan azad edəcəyik və onların təhlükəsizliyi təmin olunacaq. Bu gün təhlükəsizliyə təmin edilmiş ərazilərə Türkiyədən qayıdanların sayı dörd milyon nəfərə çatıb”.