Məişət tullantıları ilə çirkləndirilmiş ərazi təmizlənib - VİDEO

Məişət tullantıları ilə çirkləndirilmiş ərazi təmizlənib - VİDEO
19:20 12-08-2018 | icon 30

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional İdarəsi tərəfindən yerində araşdırılıb.

ETSN-dən milletinsesi.info-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib. 

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və  protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.