Xəzərdə nəqliyyat-logistika mərkəzi yaradılacaq

Xəzərdə nəqliyyat-logistika mərkəzi yaradılacaq
16:50 12-08-2018 | icon 23

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Xəzərdə nəqliyyat-logistika mərkəzinin yaradılması təklifini irəli sürüb.

milletinsesi.info xəbər verir ki, o, belə bəyanatla Xəzəryanı dövlət başçılarının 5-ci Sammitində çıxış edib.

“Bu, daşımalar sahəsində tərəfdaşlığın effektliyini artıracaq”, - prezident deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, mərkəzin icra aparatı rotasiya üsulu ilə hər ölkənin sahilyanı şəhərlərinin birində yerləşə bilər.

Bundan əlavə Berdımuhəmmədov Xəzər dənizində elmi tədqiqatların aparılmasına dair sazişin tərtib olunmasını təklif edib.

“Axtarış və xilasetmə sahəsində beştərəfli Sazişin hazırlanması xüsusi aktuallıq kəsb edir”, - dövlət başçısı vurğulayıb.