Moldovalı erməni həbsxanasında özünə qəsd etdi

Moldovalı erməni həbsxanasında özünə qəsd etdi
13:25 12-08-2018 | icon 25

“Armavir” Cinayət İslah İdarəsində cəza çəkən Moldova vətəndaşı həbsxana kamerasında özünə qəsd edib.

milletinsesi.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, 1976-cı il təvəllüdlü Moldova vətəndaşı özünü kamera pəncərəsinin dəmir barmaqlığından asıb.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Məhkumun ölümünün təfərrüatları araşdırılır.